• Məmmədov Hafiz

    Hüquqşunas

  • Ələkbərova Aybəniz

    Hüquqşunas

  • Əliyeva Sevinc

    Direktor

  • Günel İsmayılbəyli

    Baş Hüquqşunas

“PSG Law” şirkəti sizin hüquqla bağlı suallarınızı cavablamağa hazırdır. Facebook səhifəmizə yazılı və ya ofis nömrələrimizə zəng edərək şifahi cavab və ya hüquqi məsləhət ala bilərsiniz. Xidmət pulsuzdur. Əlaqə üçün: www.facebook.com/psglawbaku Telefon: +994 12 5950130/31      

Haqqımızda

PSG Law şirkəti bütün növ hüquqi məsləhət xidmətləri göstərən Azərbaycan şirkətidir.

 

Belə ki, 2007-ci ildə təsis edilmiş PSG (Praktikal Salyuşns Qrup – www.psg.az ) MMC şirkəti Azərbaycan bazarında hüquq, maliyyə, vergi, mühəndislik, layihə idarəetməsi və s. sahələrdə fəaliyyət göstərirdi. 2011-ci ildə şirkət daxilində aparılan daxili struktur dəyişikliyi nəticəsində PSG MMC-də hüquq departamenti yaradılmışdır və mülki, korporativ, kommersiya, beynəlxalq ticarət və s. hüququ sahəsində fəaliyyətini davam etmişdir. PSG MMC-nin struktur tərkibində olan departametlər və xidmətlərin çeşid müxtəlifliyi hüquq sahəsinin müstəqil şirkət formasında təsis edilməsini gündəmə gətirdi və təsisçilərin qərarı ilə 2015-ci ildə PSG  Hüquq MMC təsis olundu.  

 

Biz yüksək standartlarla, peşəkar və etik qaydada aşağıdakı missiyanın həyata keçirilməsini özümüzə rəhbər tuturuq:


- Biz öz istedadımızı keyfiyyətin, səmərəliliyin və effektivliyin artırılmasına yönəldirik;


- Biz sadəcə peşəkarıq, bu bizim xüsusiyyətimizdir. Biz tələbkar müştərinin tələblərinə cavab verən keyfiyyətli xidmət göstəririk.

- Biz yalnız peşəkar olduğumuz və geniş təcrübəyə malik olduğumuz sahələrdə öz xidmətlərimizi təklif edirik. Biz öz ixtisas sahəmizdə təlimlər, təcrübə mübadiləsi və dəyirmi masalar, ictimai müzakirələr vasitəsilə daim öz peşəkarlığımızı nümayiş edirik və artırırıq.

- Biz müştərilərin biznes sahəsini dərindən öyrənirik, fəaliyyətin xüsusiyyətini təhlil edirik və təklif etdiyimiz xidmətin dəyərə çevrilməsinə nail oluruq.

- Biz müştərinin maliyyə və müddət gözləntilərini özümüzə rəhbər tuturuq, və istənilən dəyişiklər və gözlənilməz yayınmalar barədə müştəriyə məlumat veririk.

- Biz öz ofisimizdə işgüzar münasibət, peşəkarlıq və biliyə maraq xüsusiyyətləri dəstəkləməklə yanaşı, əməkdaşlarımıza sağlam və rəqabətə davamlı mühit yaradırıq.

- Biz etik qaydalara riayət edirik, peşəkarlıq qanunlarına, qaydalarına və işgüzar adət-ənənəyə riayət etməyi özümüzə borc bilirik.

- Biz peşəkarıq və müştərilərimizin maraqlarına və tələblərinə yalnız peşəkar xidmətlər təklif edirik.  

 

PSG Hüquq ABŞ, Niderland, Böyük Britaniya, Gürcüstan, Türkiyə-də təsis edilmiş şirkətlər vasitəsilə yerli və xarici müştərilərimizə geniş xidmətlərimizi təklif edir.   

 

PSG Hüquq MMC həmçinin yerli və xarici şirkətlərlə qurduğu əməkdaşlıq vasitəsilə beynəlxalq layihələrdə yaxından iştirak etmək imkanını əldə etmişdir. Xarici təcrübəmiz Baker & McKenzie, Clifford Chance, Vinson & Elkins, Deloitte, Norton Rose, Lustrous, Hogan Lovells, United Trust və s. şirkətlərini əhatə edir.

 

Azərbaycan daxili bazarında OMNİ, Bakı Hüquq Mərkəzi, BM Law Firm və digər yerli partnyorlarla əməkdaşlıq edirik.