• Məmmədov Hafiz

    Hüquqşunas

  • Ələkbərova Aybəniz

    Hüquqşunas

  • Əliyeva Sevinc

    Direktor

  • Günel İsmayılbəyli

    Baş Hüquqşunas

“PSG Law” şirkəti sizin hüquqla bağlı suallarınızı cavablamağa hazırdır. Facebook səhifəmizə yazılı və ya ofis nömrələrimizə zəng edərək şifahi cavab və ya hüquqi məsləhət ala bilərsiniz. Xidmət pulsuzdur. Əlaqə üçün: www.facebook.com/psglawbaku Telefon: +994 12 5950130/31      

Minik avtomobillərinin şüşələrinin tündləşdirilməsi (pərdə və plyonka haqqında)

“Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir.

Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

•             Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %

•             Küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 %

•             Küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici (sağ və sol yan) güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya  sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.