Günel İsmayılbəyli

Təhsili:

 

2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsi üzrə bakalavr dərəcəsi almışdır.

 

2021-ci il Çikaqo-Kent Hüquq Kolleci, İllinoys Texnologiya İnstitutu (Amerika Birləşmiş Ştatları), hüquq üzrə magist dərəcəsini bitirmişdir. .

 

İş təcrübəsi:

 

- 2002 – 2005 – illərdə müxtəlif yerli və beynəlxalq təşkilatlarda çalışıb.

- 2005 – 2006 – Bakı şəhər İcra Hakimiyyəti, Hüquq şöbəsi, hüquqşünas köməkçisi

- 2006 – 2008 - Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı Ofisinin Hüquqi Yardım Mərkəzi (ABA CEELI), hüquqşünas

-  2007 – 2008 – Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı Ofisinin Hüquqi Yardım Mərkəzi (ABA CEELI), Proqram rəhbəri/Baş hüquqşünasın köməkçisi

-  2007 – 2008 –Səyyar hüquqşünaslar proqramı (ABA CEELI) – hüquq məsləhətçisi (yarımştat)

-  2008 – 2011 – Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı Ofisinin Hüquqi Yardım Mərkəzi (ABA CEELI), Proqram rəhbəri/Baş hüquqşünas

-  2011 – 2014 – Hüquqi Xidmətlər Departamentinin rəhbəri, “Praktikal Salyuşns Qrup” MMC

-  2015 – ildən indiyə dək PSG Hüquq MMC / Baş Hüquqşünas kimi fəaliyyət göstərir.

 

2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür.

 

Əsasən, mülki hüquq üzrə (xüsusilə, korporativ hüquq, əmlak hüquqlar, arbitraj, əqli mülkiyyət, insan hüquqları, əmək, vərəsəlik və sair) ixtisaslaşıb və ümumilikdə 16 ildən çox iş təcrübəsi vardır.

 

Çoxsaylı elmi-praktiki seminar və treninqlərin iştirakçısı olub və bir neçə beynəlxalq tədbir və konfranslara qatılıb.

Hüquqşünaslar, məhkəmə işçiləri, vəkillər üçün müxtəlif hüquqi mövzularda təlimçi, kimi çıxış etmişdir.

Bəzi arbitraj işləri üzrə yerli qanunvericilik üzrə ekspert qismində çıxış etmişdir.  

 

Bildiyi dillər:

 

Rus

İngilis

Türk