• Məmmədov Hafiz

    Hüquqşunas

  • Ələkbərova Aybəniz

    Hüquqşunas

  • Əliyeva Sevinc

    Direktor

  • Günel İsmayılbəyli

    Baş Hüquqşunas

Kommunal borca görə xəbərdarlıq edilmədən təchizatın dayandırılması qanunidirmi?

Kommunal xidmətlərin yazılı xəbərdarlıq edilmədən dayandırılması qanuni deyil. Belə ki, Elektrik enerjisindən istifadə qaydalarının 9.13-1.-ci bəndinə əsasən, istehlakçıya yazılı bildiriş göndərmədən elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağandır. Həmin qaydaların 9.13.2.-ci bəndinə əsasən, yaranmış borc bir ay ərzində tam məbləğdə ödənilmədikdə enerji təchizatı dayandırıla bilər. Sudan istifadə qaydalarının 2.1.9.-cu bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi istehlakçıya borcun ödənilməməsi səbəbindən su təchizatının dayandırılması barədə bildiriş göndərməlidir. Qazdan istifadə qaydalarının 3.1.5.-ci bəndinə əsasən, yaranmış borcun bir ay ərzində ödənilmədiyi halda, istehlakçıya yazılı bildiriş göndərilməlidir.